Siyasət

Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto

29 Oct 2026, 22:34 2 baxış
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada keçirilən Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində təşkil olunan "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneldə iştirak edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata görə, Amerika Araşdırmaları Mərkəzində təşkil olunan paneldə Gürcüstan və Ermənistanın səfirləri də iştirak ediblər. Jurnalist Luka Ştaynmanın moderatorluğu ilə keçirilən müzakirələrdə regionda davamlı və inklüziv sülhün perspektivləri, regional ticarət və nəqliyyat bağlantıları, eləcə də digər mühüm beynəlxalq tərəfdaşlarla münasibətlər müzakirə olunub. Tədbir iştirakçıları müzakirə olunan mövzularla bağlı çoxsaylı suallar ünvanlayıblar.
{{gallery}}
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər