Cəmiyyət
Bakıda 20 yaşlı oğlan idman zalında infarktdan öldü
Bakıda idman zalında ölüm hadisəsi olub.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib.
Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az