İdman

Urmiya komandası Tehran komandasını məğlub etdi

29 Oct 2026, 15:19 3 baxış
Urmiya komandası Tehran komandasını məğlub etdi

Oktyabrın 28-də İran Voleybol Premyer Liqasının ikinci həftəsinin oyunları çərçivəsində Urmiyanın “Şəhrdari” voleybol komandası Tehranın “Sənətgərane Omid” komandası ilə qarşılaşıb.


Axar.az xəbər verir ki, qarşılaşma Urmiyanın “Qədir” idman kompleksində keçirilib.


Qarşılaşma 3:1 hesabı ilə Urmiya təmsilçisinin xeyrinə başa çatıb.


Bununla da “Şəhrdari” komandası iki oyundan 6 xal qazanaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər