İdman

"Pafos" Murad Məmmədovu icarəyə göndərir

29 Oct 2026, 14:22 1 baxış
"Pafos" Murad Məmmədovu icarəyə göndərir
Azərbaycanın U-21 millisinin üzvü Murad Məmmədov qış transfer pəncərəsində Kiprin "Pafos" klubundan icarəyə göndərilə bilər. Oxu.Az Kipr mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı vingerin daha çox oyun təcrübəsi qazanması üçün başqa komandaya keçidi variantı nəzərdən keçirilir. Futbolçu ilə Azərbaycan və Avropanın bir sıra klublarının maraqlandığı bildirilir. Kiprin digər təmsilçisi "Omoniya"nın (Aradippu) da Məmmədovu heyətinə qatmaq istədiyi vurğulanır. "Pafos" rəhbərliyinin də gənc futbolçunun müntəzəm oynayaraq inkişaf etməsi üçün icarə variantına müsbət yanaşdığı qeyd olunur. Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında "Neftçi"dən "Pafos"a keçib. Azərbaycanlı futbolçu Kipr klubu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər