İqtisadiyyat
Maliyyə Nazirliyindən dövlət borcu ilə bağlı açıqlama
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 449.8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı olub. Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457 milyon 600 min manat məbləğində xərclər nəzərdə tutulub. Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 397 milyon 200 min manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 52 milyon 600 min manat olmaqla (əsas borc üzrə 766.9 milyon manat, faiz borcu üzrə 285.7 milyon manat), ümumilikdə 1 milyard 449.8 milyon manatın ödənilməsi təmin olunub.
Mənbə
oxu.az