İdman

Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto

29 Oct 2026, 12:38 2 baxış
Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto
Azərbaycanın U-15 millisi FIFA U-15 dünya çempionatı və festivalında növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni davam etdirir. Oxu.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda bu gün Mozambik yığması ilə qarşılaşıb. Görüş millimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Azərbaycan seçməsi növbəti mərhələdə Vyetnamla üz-üzə gələcək. Asiya təmsilçisi əvvəlki görüşdə Kubanı 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, FIFA U-15 dünya çempionatında dünyanın 189 ölkəsindən üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 30-dək davam edəcək turnir Hövsan Yarış Kompleksində keçirilir. Çempionatın final görüşü isə Bakı Kristal Zalında təşkil olunacaq.
{{gallery}}
Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto Azərbaycan millisi Mozambik üzərində qələbə qazandı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər