İdman

Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub

29 Oct 2026, 14:02 2 baxış
Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub
Azərbaycanın üç sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğursuzluqla üzləşib. Oxu.Az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) rəqiblərinə məğlub olublar. Ruzanna Məmmədova 1/8 final mərhələsində Çin təmsilçisi Menqyu Xie ilə görüşdə uduzub. Onun rəqibi növbəti mərhələdə məğlub olduğu üçün Azərbaycan idmançısı təsəlliverici görüşlərdə iştirak etmək imkanını itirib. Rəşid Babazadə 1/16 finalda Qırğızıstan güləşçisi Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyni təmsil edən Axmed Maqomed Tajudinova məğlub olub. Son iki güləşçimizin rəqibləri finala yüksələrsə, onlar sabah təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcəklər. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər