Cəmiyyət

Xankəndidə MDB-nin mühüm iclası başladı

29 Oct 2026, 09:27 3 baxış
Xankəndidə MDB-nin mühüm iclası başladı

Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir.


Axar.az xəbər verir ki, oktyabrın 29-da Xankəndi Konqres Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutur.


İclasın məqsədi MDB-yə üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və rəqabətin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsidir.


Tədbirdə rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.


İclasda MDB-yə üzv dövlətlərin müvafiq sahə üzrə nazirlərinin və qurum rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Mənbə axar.az

Oxşar Xəbərlər