Dünya
Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
Türkiyənin müdafiə naziri Yaşar Güler Qara dənizdə ticarət gəmilərinə edilən intensiv hücumlardan narahat olduqlarını bildirib. O, Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb və Türkiyəyə məxsus gəmilərə hücum ediləcəyi təqdirdə Ankaranın cavab vermək hüququnu özündə saxladığını vurğulayıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, nazir bu barədə Bolqarıstanın paytaxtı Sofiyada rumıniyalı və bolqarıstanlı həmkarlarının iştirakı ilə keçirilən təhlükəsizlik məsələlərinə dair görüşdə danışıb.
Güler bildirib ki, kommersiya gəmilərinin münaqişə zonasına daxil olmasının qarşısını almaq və mülki gəmilərə hücumları dərhal dayandırmaq məqsədilə hər iki tərəfə mütəmadi olaraq xəbərdarlıqlar edilir. Qeyd edək ki, iyul ayından etibarən Qara dənizdə gəmilərə, eləcə də neft və taxıl ixracını təmin edən infrastruktura hücumlar intensivləşib. Oktyabrın 28-də Bolqarıstan yaxınlığında daha bir ticarət gəmisi üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Mənbə
oxu.az