Dünya

İspaniyada üçgünlük matəm elan edildi

28 Oct 2026, 20:00 3 baxış
İspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. Oxu.Az "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcək üçgünlük rəsmi matəm elan edəcəyik", - deyə o bildirib. Son məlumatlara görə, qatarların toqquşması nəticəsində 68 nəfər həlak olub. Qəza oktyabrın 28-də səhər saatlarında Kastiliya-La-Mança muxtar icmasının Toledo əyalətində baş verib. İki qatarın toqquşması nəticəsində qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
İspaniyada üçgünlük matəm elan edildi
Mənbə oxu.az

Oxşar Xəbərlər