İdman

"Milan" cari mövsüm ilk məğlubiyyətini "Bolonya"dan aldı - Video

28 Oct 2026, 23:36 2 baxış
"Milan" cari mövsüm ilk məğlubiyyətini "Bolonya"dan aldı - Video
"Milan" İtaliya A Seriyasının 9-cu turunun matçında öz meydanında "Bolonya"ya məğlub olub - 2:4. Oxu.Az xəbər verir ki, meydan sahiblərinin heyətində Alfaco Sisse dubl edib.

Qonaqlardan isə Samuel Mbanqula het-trik müəllifi olub. Həmçinin, "qırmızı-qaralar"ın müdafiəçisi Davide Bartezaqi avtoqola imza atıb. Bu, "Milan"ın A Seriyasının 2026/27 mövsümündəki ilk məğlubiyyətidir. Komanda turnir cədvəlində 18 xalla beşinci yerdədir. "Bolonya" isə 11 xala 11-ci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər