Cəmiyyət

İlham Əliyev İspaniyaya başsağlığı verdi

28 Oct 2026, 22:11 2 baxış
İlham Əliyev İspaniyaya başsağlığı verdi

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.


Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə X hesabında paylaşım edib.


"İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib. Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - paylaşımda bildirilib.


Qeyd edək ki, İspaniyada iki qatarın toqquşması nəticəsində ən azı 68 nəfər ölüb, 180-ə yaxın şəxs yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər