Netanyahunu qovmaq istəyənlər bizimlə danışıq aparmalıdır
Benyamin Netanyahu hökumətini əvəz etməyə çalışan istənilən siyasi qüvvə bizimlə danışıqlar aparmalı olacaq.
Axar.az xəbər verir ki, bunu “Birgə Siyahı” ərəb partiyasının lideri Yusif Cabarin deyib.
“Çoxlu qan tökülməsinə səbəb olan Netanyahu hökumətinə qarşı əsaslı və səmimi alternativ təklif etmək istəyən hər kəs, İsrail cəmiyyətinin böyük səbirsizliklə gözlədiyi dəyişikliyə yol açmaq üçün bizimlə dialoqa girməlidir. Seçim irqçilik, kənarlaşdırma və üstünlük siyasətini davam etdirməklə, əsl yəhudi-ərəb tərəfdaşlığı arasında edilir”, - Cabarin bildirib.
Qeyd edək ki, İsraildə keçirilən seçkilərdə bülletenlərin 84.5 faizinin sayılmasından sonra Netanyahu Bloku 54, Ayzenkot Bloku 49, ərəb partiyaları Knessetdə 17 yer əldə edib.
Oxşar Xəbərlər