Digər

Sarıgüldən Yeni Partiya qərarı: Üzvlüyünü dayandırır…

28 Oct 2026, 12:17 1 baxış
Sarıgüldən Yeni Partiya qərarı: Üzvlüyünü dayandırır…

Yeni Partiyanın Ərzincandan olan millət vəkili Mustafa Sarıgül özü və ailəsi ilə bağlı istintaq başa çatana qədər partiya üzvlüyünü dayandıracaq.


Axar.az xəbər verir ki, bu barədə Sarıgül özünün sosial media səhifəsində paylaşım edib.


"Partiyamın bu istintaq səbəbindən mübahisələrə cəlb olunmasının qarşısını almaq üçün istintaq bitənə qədər Yeni Partiyadakı üzvlüyümün dayandırılması üçün partiyamın səlahiyyətli orqanlarına müraciət edəcəyəm”, - o bildirib.


Qeyd edək ki, Mustafa Sarıgül və ailə üzvləri çirkli pulların yuyulması və hədə-qorxu gəlməkdə ittiham olunurlar.

Mənbə axar.az

Oxşar Xəbərlər