Digər

Ukrayna zərbələri: “Ozon”a vurulan ziyan açıqlandı

28 Oct 2026, 12:25 2 baxış
Ukrayna zərbələri: “Ozon”a vurulan ziyan açıqlandı

“Ozon” şirkətinin obyektlərinə PUA hücumları nəticəsində 30,1 milyard rubl məbləğində ziyan dəyib.


Axar.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında dərc olunan maliyyə hesabatında deyilib.


Məlumata görə, cari ilin avqust ayından etibarən PUA zərbələri nəticəsində “Ozon”un 11 logistik obyektində müxtəlif miqyaslı yanğınlar baş verib.


Şirkət bu hadisələrlə əlaqədar 2026-cı ilin üçüncü rübü üzrə ümumilikdə 30,1 milyard rubl məbləğində təxmini zərər ehtiyatı qeydə alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər