Dünya
BMT-də Kuba ilə ABŞ nümayəndələri arasında gərginlik: İclas dayandırıldı - Foto/Video
BMT Baş Assambleyasının Kuba ilə bağlı iclası ölkənin xarici işlər naziri Bruno Rodriges Parrilya ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts arasında yaranan münaqişə səbəbindən müvəqqəti dayandırılıb. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident oktyabrın 27-də amerikalı diplomatın çıxışı zamanı baş verib. O, çıxışında Havanaya qarşı sərt tənqidlər səsləndirib. Buna cavab olaraq Kuba nümayəndə heyətinin üzvləri masaya vurmağa başlayıblar. Ölkənin xarici işlər naziri isə iclasın prosedur qaydalarına dair məsələ ilə bağlı dərhal ona söz verilməsini tələb edib.
BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilur Rəhman Parrilyaya Uoltsun çıxışını bitirməsini gözləməyi təklif edib. Lakin Kuba xarici işlər naziri bununla razılaşmayıb. O, yerindən qalxaraq nümayəndə heyətinin üzvləri ilə birlikdə tribunaya yaxınlaşıb və tələbində israr edib. "Geri çəkil!" - deyə Uolts Kuba nazirinə qışqırıb. Bundan sonra Baş Assambleyanın sədri qısa fasilə elan edib. Danışıqlardan sonra Rəhman Kuba nümayəndəsinə söz verməyə razılaşıb. "Mən sizdən ABŞ-nin daimi nümayəndəsini qayda-qanuna riayət etməyə çağırmağınızı xahiş edirəm. O, nəinki həyasızcasına yalan danışır, həm də bu foruma və üzv dövlətlərə yaraşmayan şəkildə davranır", - deyə Parrilya bildirib. O, həmçinin amerikalı diplomatı Kuba xalqının və hökumətinin ləyaqətini təhqir etməkdə ittiham edib. Daha sonra Uolts çıxışını davam etdirib. Bununla belə, Kuba nümayəndə heyətinin üzvləri vaxtaşırı masaya vuraraq prosedur məsələləri ilə bağlı söz istəyiblər. Onlara müraciət etmək imkanı verilib.
{{gallery}}

Mənbə
oxu.az