Dünya

BMT rəsmisi: "Qarabağda baş verənlərlə bağlı açıqlamalarım bəzi dairələrdə təəccüb doğurub"

27 Oct 2026, 16:16 1 baxış
BMT rəsmisi: "Qarabağda baş verənlərlə bağlı açıqlamalarım bəzi dairələrdə təəccüb doğurub"
"Azərbaycan rəhbərliyi və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Sülh naminə mədəniyyət" təşəbbüsü innovativ yanaşma olub". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: Ortaq gələcəyə aparan təhlükəsiz yollar" adlı panel sessiyada deyib. O bildirib ki, BMT və UNESCO müharibələrin qarşısının alınması məqsədilə "Sülh mədəniyyəti" konsepsiyasını formalaşdırıblar: "Azərbaycan isə bu yanaşmaya yeni məna qazandıraraq "Sülh naminə mədəniyyət" ideyasını irəli sürüb. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası bu konsepsiyanın əsas istiqamətlərindən biridir. BMT rəsmisi həmin ərazilərə ilk səfər edənlərdən olmuşam. Diplomat kimi Yaxın Şərqdə - Qəzzada, Tripolidə və Suriyada olmuşam, əsl diplomatiyanın nə demək olduğunu yaxşı bilirəm. Orada çoxsaylı dəhşətli mənzərələrlə qarşılaşmışam. Lakin Azərbaycanın ərazilərinin azad edilməsindən sonra orada gördüyüm mənzərə sözün əsl mənasında dəhşətli idi". BMT rəsmisinin sözlərinə görə, onun Qarabağda baş verənlərlə bağlı açıqlamaları bəzi dairələrdə təəccüb doğurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər