Dünya

2026-cı ilin sözü açıqlandı

27 Oct 2026, 16:34 3 baxış
2026-cı ilin sözü açıqlandı
Hər hansı bir sahədə ən yüksək nəticəyə nail olmaq cəhdini bildirən "maxxing" internet neologizmi "Dictionary.com" lüğəti tərəfindən 2026-cı ilin sözü elan edilib. Oxu.Az xəbər verir ki, "maxxing" termini əsasən başqa sözlərlə birlikdə işlədilir. Nümunə olaraq, "looksmaxxing" (hərfi mənada - "görünüşü maksimallaşdırmaq") insanın öz xarici görünüşünü ən üst səviyyəyə qaldırması prosesini, "moneymaxxing" ("pulu maksimallaşdırmaq") isə maliyyə vəziyyətini və gəlirləri ən yüksək həddə çatdırmaq məqsədini bildirir. Ümumiyyətlə, yeni terminlər yaratmaq üçün "maxxing" ifadəsinin önünə istənilən sözü əlavə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər