Cəmiyyət
Cinayətdə şübhəli bilinən kişilərin sayı azalıb, qadınlar isə artıb - Foto
Azərbaycanda 2025-ci ildə cinayət törətməkdə şübhəli bilinən kişilərin sayı 19.7 min nəfər, qadınların sayı isə 1.3 min nəfər olub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb. Qeyd olunub ki, 2010-cu ildə cinayət törətməkdə şübhəli bilinən kişilərin sayı 16.4 min, qadınların sayı isə 2.3 min nəfər təşkil edib. 2015-ci ildə kişilərin sayı 15.2 minə, qadınların sayı 1.1 minə düşüb. 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 16.6 min və 900 nəfər olub. 2024-cü ildə kişilər arasında göstərici 21.3 min nəfərə yüksəlib. Bu, təqdim olunan dövr üzrə ən yüksək göstəricidir. Qadınların sayı isə həmin il 1.2 min nəfər olub. 2025-ci ildə şübhəli bilinən kişilərin sayı əvvəlki illə müqayisədə 1.6 min nəfər azalsa da, qadınlar arasında 100 nəfərlik artım qeydə alınıb.
Törətdiyi cinayətlərə görə məhkum olunanların sayı: Statistik qrafikə əsasən, 2025-ci ildə törədici cinayətlərə görə məhkum olunan kişilərin sayı 13.2 min, qadınların sayı isə 700 nəfər təşkil edib. 2010-cu ildə bu göstəricilər kişilər üzrə 13.2 min, qadınlar üzrə 1.1 min nəfər olub. 2015-ci ildə kişilərin sayı 12.7 minə, qadınların sayı isə 600 nəfərə düşüb. 2020-ci ildə kişilər arasında məhkum olunanların sayı 9.5 min nəfərə qədər azalıb. 2024-cü ildə isə 15.2 min nəfərə yüksələrək təqdim olunan dövrün ən yüksək səviyyəsinə çatıb. Həmin il qadınlar arasında göstərici 600 nəfər olub. 2025-ci ildə kişilər arasında məhkum olunanların sayı 13.2 min nəfərə enib, qadınlar üzrə isə 700 nəfərə yüksəlib. Qeyd edək ki, birinci qrafik cinayət törətməkdə şübhəli bilinən şəxsləri, ikinci qrafik isə törədici cinayətlərə görə məhkum olunanları əhatə edir. Bu göstəricilər fərqli kateqoriyaları əks etdirdiyindən, onları eyniləşdirmək olmaz.

Mənbə
oxu.az