Siyasət
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" qeyd olunub - Foto
Pakistanın Bakıdakı Səfirliyində "Kəşmirin Qara Günü" qeyd olunub. Oxu.Az xəbər verir ki, 1947-ci il oktyabrın 27-də Hindistan qoşunlarnın Şrinakar şəhərinə daxil olaraq Cammu və Kəşmiri işğal etməsinin ildönümünə həsr olunub. Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri, media nümayəndələri, Pakistan icmasının üzvləri, azərbaycanlı ziyalılar və tələbələr iştirak ediblər. Pakistan Prezidenti Asif Əli Zərdarinin, Baş nazir Məhəmməd Şahbaz Şərifin, eləcə də baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri səsləndirilib. Tədbir çərçivəsində Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir ərazisindəki insan hüquqları vəziyyətini əks etdirən fotosərgi də təşkil olunub. Pakistan icmasının üzvləri, Azərbaycan ziyalıları, tələbələr və Pakistanın azərbaycanlı dostları Kəşmir xalqı ilə həmrəyliklərini ifadə ediblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər