Cəmiyyət

Kukla Teatrının direktoru onu məhkəməyə verdi

27 Oct 2026, 16:44 3 baxış
Kukla Teatrının direktoru onu məhkəməyə verdi

Dövlət Kukla Teatrının direktoru Rəşad Rüfət oğlu Əhməd-Zadə Kukla Teatrının əməkdaşı Aynurə Zaməddin qızı Əkbərova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.


Axar.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.


Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Rüfət oğlu b Əhməd-Zadə arəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.


Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər