Cəmiyyət
Kür çayının suyunun səviyyəsi ilə bağlı mühüm açıqlama
"Yaxın vaxtlarda Kür çayının suyunun azalması gözlənilmir". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Akif Quliyev deyib. O bildirib ki, hazırda 14 milyard kubmetrdən çox suyun toplanması həyata keçirilib: "Bildiyiniz kimi, ümumiyyətlə, bu sadalanan işlərin hər birinə Prezident tərəfindən yaradılmış Su Komissiyası tərəfindən xüsusi nəzarət edilir. Biz agentlik olaraq suyun uçotunun aparılması istiqamətində hər bir işimiz - anbarların həm doldurulması, həm boşaldılması, həm də Kürə suyun buraxılması ilə bağlı gündəlik hesabatlar aparılır, aidiyyəti üzrə təqdim olunur. Qeyd etmək istəyirəm ki, Kür çayının səviyyəsinin düşməsi hələlik bir neçə il mümkün olmayacaq. Amma bir neçə il əvvələ qədər Kürün səviyyəsinin düşməsinin səbəblərindən biri ekoloji tarazlığın pozulması idi ki, bu da yağıntıların az olması idi".
Mənbə
oxu.az