Cəmiyyət
Yevlaxda maşın aşıb, ölənlər var
Yevlax rayonunda avtomobil aşıb, ölənlər var. Oxu.Az xəbər verir ki, hadisə Qaraoğlan kəndi ərazisində qeydə alınıb. Belə ki, BMW markalı avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər (kişi) 27.10.2026-cı il tarixində saat 13:10-da ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ağır kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin edilən pasiyentlərin aparılan reanimasiya tədbirlərinə baxmayaraq ölüm faktları qeydə alınıb. Hadisənin təfərrüatı dəqiqləşdirilir, faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az