İdman

Coy-Lens Mikels Bundesliqaya transfer olur?

27 Oct 2026, 14:44 2 baxış
Coy-Lens Mikels Bundesliqaya transfer olur?
"Sabah"ın vingeri Coy-Lens Mikels futbolçu karyerasını Bundesliqada davam etdirməkdə maraqlıdır. Oxu.Az xəbər verir ki, 32 yaşlı futbolçu Almaniyanın "Borussiya Münhenqladbax" klubuna keçə bilər. Onun qış transfer pəncərəsində Bakı təmsilçisindən ayrılması ehtimal olunur. Məlumata əsasən, Mikelsə Almaniyada başqa bir neçə klub da maraq göstərir. Onun transferinin 400-500 min avroya başa gələ biləcəyi iddia edilir. Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində 19 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Mənbə oxu.az

Oxşar Xəbərlər