Mədəniyyət

Xalq artisti Zaur Rzayevin son durumu

27 Oct 2026, 12:28 1 baxış
Xalq artisti Zaur Rzayevin son durumu
Bir müddətdir xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti kritik ağır qiymətləndirilir. Xatırladaq ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər