Dünya

Əlcəzair Nigerə qoşun yeridir

27 Oct 2026, 01:14 4 baxış
Əlcəzair Nigerə qoşun yeridir
Əlcəzair qonşu Nigerin ərazisinə qoşun yeridəcək. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Əbdülməcid Təbbun imzalayıb. Bundan bir gün əvvəl Əlcəzair parlamenti prezidentə xaricdə hərbi gücdən istifadə etməyə icazə verib. Qoşunların yeridilməsi Əlcəzair və Niger arasında hərbi əməkdaşlığın genişləndiyi bir vaxta təsadüf edir. Belə ki, ötən həftə ölkələr hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar. Qoşunların yeridilməsində məqsəd Niger ərazisində Əlcəzair şirkətlərinə məxsus neft-qaz obyektlərini qorumaq, həmçinin sərhədyanı ərazilərdə cihadçılara, transmilli cinayətkarlığa və qaçaqmalçılığa qarşı mübarizə aparmaqdır. Əlcəzair sonuncu dəfə 1973-cü ildə ərəb dövlətlərinə İsrailə qarşı müharibədə kömək etmək üçün xaricə qoşun göndərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər