Dünya

Çində saxta videolar düzəldən şəxs tanışlarından xeyli miqdarda pul mənimsədi - Foto

27 Oct 2026, 01:48 2 baxış
Çində saxta videolar düzəldən şəxs tanışlarından xeyli miqdarda pul mənimsədi - Foto
Çində kişi atasının xərçəng xəstəliyinə tutulması barədə yalan hekayələr uyduraraq və süni intellekt vasitəsilə saxta video hazırlayaraq dostlarından və keçmiş tələbə yoldaşlarından 1.7 milyon yuandan (təxminən 433.5 min manat) çox pul alıb. Oxu.Az "Penpay" nəşrinə istinadən xəbər verir ki, Tszyan soyadlı şəxs 2019-cu ildən etibarən tanışlarından müxtəlif bəhanələrlə borc götürüb. O, texnologiyaya investisiya, toy, mənzil alışı və şirkət xərclərini qarşılamaq üçün pul istəsə də, sonradan atasının xərçəng xəstəliyinə tutulduğunu, müalicəyə təcili vəsait lazım olduğunu, daha sonra isə atasının öldüyünü və dəfn xərclərini ödəməli olduğunu bildirib. Kişi yalanlarını daha inandırıcı göstərmək üçün süni intellektlə atasının ağır xəstə vəziyyətdə yataqda uzandığını əks etdirən video hazırlayıb. Şübhəli etiraf edib ki, tanışlarından aldığı bütün pulları fond bazarında itirib. O, dələduzluq şübhəsi ilə saxlanılıb. Hazırda iş üzrə istintaq davam edir.
Çində saxta videolar düzəldən şəxs tanışlarından xeyli miqdarda pul mənimsədi - Foto Çində saxta videolar düzəldən şəxs tanışlarından xeyli miqdarda pul mənimsədi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər