İdman
Unai Simon mövsümün ən yaxşı qapıçısı seçildi
"Atletik Bilbao" klubunun qapıçısı Unai Simon 2025/2026 mövsümünün yekunlarına əsasən ən yaxşı qapıçı mükafatına (Yaşin mükafatı) layiq görülüb. Oxu.Az bu barədə "Qızıl Top"un ("Ballon d'Or") rəsmi saytına istinadən xəbər verir. Unai Simon həm "Atletik Bilbao"nun heyətində, həm də milli komandadakı inamlı və sabit oyunu ilə fərqlənərək səsvermədə rəqiblərini geridə qoymağı bacarıb. 29 yaşlı qolkiper İspaniya yığması ilə birlikdə DÇ-2026-nın qızıl medallarını qazanıb. O, turnir ərzində keçirdiyi 8 matçın 7-də qapısını toxunulmaz saxlayaraq bu göstərici üzrə yeni rekorda imza atıb. Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente 2025/2026 mövsümünün yekunlarına əsasən ən yaxşı məşqçi mükafatına layiq görülüb. Oxu.Az bu barədə "Qızıl Top"un (Ballon d'Or) rəsmi saytına istinadən xəbər verir. Xatırladaq ki, Luis de la Fuentenin rəhbərliyi altında İspaniya milli komandası 2026-cı il dünya çempionatının qalibi olub. 2022-ci ildən millini çalışdıran mütəxəssisin müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub. İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal "France Football" jurnalının 2025/26 mövsümünün ən yaxşı gənc futbolçusuna təqdim etdiyi "Kopa" mükafatına layiq görülüb. Oxu.Az xəbər verir ki, futbolçu bu mükafatı ardıcıl üçüncü dəfə qazanıb. Yamal tarixdə bu nominasiyada ən azı iki dəfə qalib gələn ilk və yeganə oyunçudur. Qeyd edək ki, "Kopa" mükafatı 21 yaşdan yuxarı olmayan futbolçulara təqdim edilir.
Mənbə
oxu.az