İdman
Messi "Qızıl top" mərasiminə qatılmayacaq - Səbəb
Səkkizqat "Qızıl top" sahibi Lionel Messi 2026-cı il mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək. Oxu.Az xəbər verir ki, argentinalı ulduz diqqətini özünün təşəbbüsü ilə təşkil olunan "Messi Cup" U-16 beynəlxalq futbol turnirinə yönəldib. Mayamidə oktyabrın 25-də start götürən yarışın açılış mərasimində şəxsən iştirak edən Messi gənc futbolçulara müraciət edərək turnirin əsas məqsədinin onların beynəlxalq səviyyədə rəqabət aparması, yeni təcrübə qazanması və futbolu birlikdə yaşaması olduğunu bildirib. Qeyd edək ki, bu il ikinci dəfə keçirilən "Messi Cup"ın miqyası xeyli genişlənib. Ötən il səkkiz komandanın qatıldığı turnirdə bu dəfə Avropa və Amerika qitələrini təmsil edən 16 U-16 komandası mübarizə aparır. Yarışda "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Çelsi", "Mançester Siti", "Arsenal", "İnter", "Ayaks", "River Pleyt", "Boka Xuniors", "Palmeyras", "Flamenqo" və "İnter Mayami" kimi tanınmış klubların akademiyaları iştirak edir. Messinin turnir davam edən müddətdə noyabrın 1-dək keçiriləcək oyunları yaxından izləməsi gözlənilir.
Mənbə
oxu.az