Cəmiyyət

Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək

26 Oct 2026, 17:56 3 baxış
Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək
Sumqayıt şəhərində "Sumqayıt bazarı" və "Saray bağları" adlanan ərazilər istiqamətində hərəkət edən 17 və 17A avtobuslarının həm köhnə olması, həm də intervalı ilə bağlı şikayət var. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub. Şikayətə əsasən, sözügedən marşrut xətti üzrə avtobuslar hələ də yenilənməyib. Həmçinin avtobusun intervalı səbəbi ilə sərnişinlər mənzil başına 45-50 dəqiqəyə çatırlar. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri və ətraf ərazilər üzrə marşrut şəbəkəsinin təhlili və yenidən formalaşdırılması aparılır. "Bu işlər çərçivəsində marşrutlar müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində avtobusların yenilənməsi həyata keçirilir. Qeyd edilən xətlər üzrə də zəruri tədbirlərin görülməsi nəzərdə tutulub".
Mənbə oxu.az

Oxşar Xəbərlər