Cəmiyyət
Qərbi Azərbaycanın yaddaş yerləri: Daşkörpüdən silinən izlər - Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Daşkörpü kəndi haqqındadır. 1877-1878-ci illər Rus-türk müharibəsi ərəfəsində kəndin ərazisi Osmanlı İmperiyasının Qars sancağının tərkibində olub. Müharibənin nəticələrinə əsasən, Osmanlı İmperiyasının Qarsı, Ərdəhanı və Batumu (indiki Batumini) Rusiyaya güzəştə getməyə məcbur olduğu Berlin müqaviləsi bağlanıb. Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər. 1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu: 1886-cı ildə kənddə hamısı qarapapaqlar olmaqla 246 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 298 nəfər yaşayıb. Qars vilayətinin 1902-ci ilə olan yaddaş kitabçası və ünvan-təqvimi: 1901-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 335 nəfər yaşayıb. Qars vilayətinin 1906-cı ilə olan yaddaş kitabçası və ünvan-təqvimi: 1905-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 349 nəfər yaşayıb. Qars vilayətinin 1908-ci ilə olan yaddaş kitabçası və ünvan-təqvimi: 1907-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 396 nəfər yaşayıb. 1912-ci ilə olan Qafqaz təqvimi: 1911-ci ildə kənddə 410 nəfər, əsasən, qarapapaqlar yaşayıblar. 1915-ci ilə olan Qafqaz təqvimi: 1914-cü ildə kənddə 431 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1919-1920-ci illərdə erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Rusiya işğalına qədər Osmanlı imperiyasına məxsus olmuş Qars vilayətində müsəlmanlara qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, o cümlədən Zəngəzur, Qarabağ və Naxçıvanda baş verib. Daşkörpü sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 220 nəfər yaşayıb. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bir tərəfdə Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdə Türkiyə olmaqla bağlanmış 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Sovet Ermənistanının tərkibinə daxil olub. 1930-cu ildən kənd Ağbaba rayonunun tərkibində olub, rayon sonradan Amasiya adlandırılıb. Erməni mənbələrinə görə, 1960-cı illərin ortalarına qədər kənddə, əsasən, azərbaycanlılar yaşayıblar. Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1926-cı ildə kənddə hamısı qarapapaqlar olmaqla 235 nəfər yaşayıb. 1931-ci ildə kənddə 303 nəfər yaşayıb, onlardan 283 nəfəri azərbaycanlı olub. 1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1950-ci ildə Daşkörpü kəndindən, demək olar ki, bütün azərbaycanlılar Azərbaycan SSR-ə deportasiya olunublar. Sonrakı illərdə onların bir hissəsi kəndə qayıdıb.
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: 1959-cu ildə kənddə 422 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti: 1964-cü ildə kənddə 483 nəfər yaşayıb. 1966-cı ildə kəndin ərazisi Amasiya azərbaycanlı kəndinin tərkibinə daxil edilib, lakin Daşkörpü adı keçmiş kəndin ərazisini bildirmək üçün istifadə olunmaqda davam edib. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib. Məzar daşlarındakı tarixlər təsdiq edir ki, azərbaycanlıları 1980-ci illərin sonlarınadək bu qəbiristanlıqda dəfn etməyə davam ediblər.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 29 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Ardanış ilə bağlı 46 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Mənbə
oxu.az