Digər

Mayk Tayson məşhur türk serialında

26 Oct 2026, 12:31 2 baxış
Mayk Tayson məşhur türk serialında

Ağır çəki dərəcəsində boks üzrə keçmiş çempion Mayk Tayson Türkiyənin məşhur seriallarından olan “Duzlu qəhvə”yə (Tuzlu kahve) qonaq qismində qatılacaq.


Kult.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.


O bildirib ki, Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının Amerikadan gələn dostunu oynayacaq.


Qeyd edək ki, sözügedən serial Azərbaycanda da xeyli rəğbət qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər