Siyasət

İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi

26 Oct 2026, 11:23 2 baxış
İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. Oxu.Az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir: "Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər