Siyasət
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Bakıda hansı yeniliklər gözlənilir?
"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu işıqlandırmaq üçün 19 ölkədən media nümayəndələri ölkəmizə gəliblər". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Qlobal Bakı Forumu 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülüb: "Məqsəd Yaxın Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirmək, bununla da Bakıda mədəniyyət məsələlərinin müzakirəsi üçün bir platforma yaratmaq idi. Məhz bu təşəbbüsün nəticəsində Bakı prosesi formalaşdı. Daha sonra, 2010-cu ildə Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycanın Qlobal Bakı Forumlarına ev sahibliyi edəcəyini bəyan etdi. 2011-ci ildən etibarən Azərbaycan ardıcıl olaraq altı forum təşkil edib. Cari ildə isə bu təşəbbüsün 15 illiyini qeyd edirik. Forumlar təkcə say və miqyas baxımından deyil, iştirakçı auditoriyasının tərkibinə görə də genişlənib. Tədbirlərdə daha çox insan, hökumət və beynəlxalq təşkilat iştirak edir. Eyni zamanda, QHT-lərin, media nümayəndələrinin, gənclərin, gənc liderlərin və dini liderlərin iştirakı üçün də imkanlar genişlənib". Nazir müavini əlavə edib ki, cari ilin forumu "Parçalanmış dünyada körpülərin qurulması" mövzusuna həsr olunub: "Bu mövzu ölkələr arasında, eləcə də cəmiyyətlərimizin müxtəlif təbəqələri arasında mövcud olan bərabərsizliklər və qarşıdurmalar nəzərə alınmaqla müəyyənləşdirilib. Bu il forumun əsas məqsədi cəmiyyətlərimizin, hökumətlərimizin və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə təmsilçilərini bir araya gətirmək, dünya əhalisini birləşdirə biləcək məsələləri müzakirə etməkdir. Forumun rəsmi açılışı sabah - oktyabrın 27-də baş tutacaq. Bununla belə, bəzi tədbirlər artıq oktyabrın 26-dan etibarən başlayıb. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, eləcə də BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə Qubada Beynəlxalq Gənclər Forumu düşərgəsi keçirilir. Tədbirdə dünyanın 44 ölkəsindən 100-dən çox gənc lider iştirak edir. Bu gün səhər saatlarında isə dünyanın müxtəlif ölkə və regionlarından biznes nümayəndələrini bir araya gətirən "Q Plus" konfransına start verilib. Sabah forumun rəsmi açılış mərasimi, ardınca isə beynəlxalq təşkilatların və hökumət nümayəndələrinin birgə sessiyası keçiriləcək. Cari ilin forumu daha geniş iştirakçılığın təmin edilməsi və yeni istiqamətlərin əhatə olunması baxımından bir sıra yeniliklərlə fərqlənir. Xüsusilə mədəniyyətlərarası dialoqun akademik və tədqiqat aspektlərinə, eləcə də gənc liderlər və qadınlar arasında dialoqa daha çox diqqət yetirilir. Biz beynəlxalq tərəfdaşlarımızla, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansı ilə sıx əməkdaşlıq edirik. Bu gün BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nəsil Sar və ICESCO-nun İslam Mərkəzinin direktoru Fətəl Rəhman da tədbirimizə qoşulublar".

Mənbə
oxu.az