İdman

Son 10 mövsümün ən yaxşı müdafiəsi: "Sabah" rekordu təkrarladı

26 Oct 2026, 12:02 3 baxış
Son 10 mövsümün ən yaxşı müdafiəsi: "Sabah" rekordu təkrarladı
"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqasının arxada qalan hissəsi "Sabah"ın cəmi bir qol buraxması ilə diqqət çəkir. Bu mövsüm 8 oyunda orta hesabla 0.125 top buraxan paytaxt təmsilçisi turnir tarixinin rekordunu təkrarlayıb. 1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız bir top buraxıb. Buna sonuncu dəfə 2016/2017 mövsümündə "Qəbələ" nail olub. 2001/02 mövsümündə "Neftçi"nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra "Xəzər Lənkəran" təkrarlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər