Voronejə kütləvi zərbələr: ölü və yaralılar var - Video
Bu gün səhər saatlarında Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələrdən biri şəhərin ən böyük mərkəzlərindən olan “Qalereya Çijova” ticarət kompleksinə endirilib. Nəticədə ərazidə partlayış və yanğınlar qeydə alınıb. Yanğınların hələ də davam etdiyi bildirilir.
Sakinlərin sözlərinə görə, şəhər üzərində hələ də PUA-lar uçmağa davam edir.
Bundan başqa, "Voronej Səhmdar Təyyarəqayırma Şirkəti" də hücuma məruz qalıb. Müəssisə təyyarələrin və aviasiya komponentlərinin istehsalı üzrə ixtisaslaşıb.
Həmçinin, sintetik kauçuk istehsalı ilə məşğul olan "Voronejsintezkauçuk" kimya sənayesi müəssisəsinin də hücuma məruz qaldığı barədə məlumat verilib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev PUA zərbələri nəticəsində 2 nəfərin öldüyünü, 17 nəfərin isə yaralandığını bildirib.
Qusevin sözlərinə görə, şəhər üzərində 113 PUA vurulub.