Cəmiyyət

Qaradağda peşə məktəbinin keçilməz yolu: Bərbad küçə niyə təmir olunmur? - Video

26 Oct 2026, 11:38 4 baxış
Qaradağda peşə məktəbinin keçilməz yolu: Bərbad küçə niyə təmir olunmur? - Video
Qaradağ rayonunun Qızıldaş qəsəbəsində peşə məktəbinin qarşısındakı yolun baxımsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Görüntülərdən aydın olur ki, yolun müxtəlif hissələrində iri gölməçələr yaranıb, ərazi palçığa qərq olub. Küçənin kənarlarında yığılıb qalan tullantılar və bitki qalıqları da durumu daha da ağırlaşdırır. Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə bu yoldan istifadə etmək ciddi çətinlik yaradır. Mövcud vəziyyət peşə məktəbinə gedənlərin, eləcə də ərazidə yaşayan insanların gündəlik hərəkətinə mane olur. Problemin həlli istiqamətində isə nə yerli bələdiyyə və digər aidiyyəti qurumlar tərəfindən indiyədək hər hansı tədbir görülməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər