Cəmiyyət

Ağcabədidə ağır qəza: yaralılar var

25 Oct 2026, 17:40 3 baxış
Ağcabədidə ağır qəza: yaralılar var

Ağcabədi rayonunda “Niva” markalı minik avtomobili ilə “Mersedes” markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.


Axar.az xəbər verir ki, qəza rayon ərazisində baş verib.


Hadisə zamanı “Niva”nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Quliyev, eləcə də mikroavtobusun sərnişinləri – 1984-cü il təvəllüdlü Tural Həsənov, 1979-cu il təvəllüdlü Həbib Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti orta-ağır qiymətləndirilən İslam Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər