İdman

Azərbaycanlı güləşçi 5 qat dünya çempionu oldu

25 Oct 2026, 18:05 1 baxış
Azərbaycanlı güləşçi 5 qat dünya çempionu oldu

Azərbaycanın Yunan-Roma güləşçisi Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olub.


Axar.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.


İdmançı həlledici görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.


Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər