Cəmiyyət

Xəzərin suyunda naməlum köpüklənmə ilə bağlı açıqlama - Video

25 Oct 2026, 18:00 3 baxış
Xəzərin suyunda naməlum köpüklənmə ilə bağlı açıqlama - Video
Son günlər Xəzər dənizinin suyunda köpüklənmə müşahidə edilir. Yaranmış vəziyyət sahilboyu su hissəsini əhatə edir. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib: "Sudan nümunələr götürülüb və xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analizlərin nəticələri açıqlandıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək". Həmin görüntüləri təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər