Cəmiyyət
Biləsuvarda ildırım elektrik xəttini vurdu, rayonun bir hissəsi işıqsız qaldı
Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. Oxu.Az xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonun bir hissəsində işıqlar sönüb. Bir müddət sonra elektrik enerjisinin verilişinin bərpa olunub. İqbal Ziya
Mənbə
oxu.az