Cəmiyyət

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

25 Oct 2026, 09:40 3 baxış
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Oxu.Az-ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər