Dünya

İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü

25 Oct 2026, 01:00 2 baxış
İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü
İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakistan vasitəçiləri ilə artıq Vaşinqtona çatdırıb. İran həmçinin Pakistana ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. İran tərəfi hələlik yayılan məlumatı şərh etməyib.
İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü
Mənbə oxu.az

Oxşar Xəbərlər