Digər
Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı
Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozub və ondan insanları öldürmək məqsədi daşıyan dron hücumları üçün istifadə edib.
Axar.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X hesabında qeyd edib.
“Bu boşluq ötən həftə aradan qaldırılıb. "Starlink" Ukraynanın müdafiəsi üçün çox vacibdir. “Starlink" bağlanarsa, Ukrayna cəbhəsi dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə faktdır", - deyə Mask vurğulayıb.
Qeyd edək ki, ötən gün Ukraynada “Starlink” xidməti tam bərpa olunub.
Mənbə
axar.az