İdman

Bakıda 189 ölkənin iştirakı ilə dünya çempionatı başladı - Foto

24 Oct 2026, 19:34 2 baxış
Bakıda 189 ölkənin iştirakı ilə dünya çempionatı başladı - Foto
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminə start verilib. Oxu.Az xəbər verir ki, mərasim Bakı Kristal Zalında təşkil olunub. Bu gün start götürən yarışda FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edir. Turnir çərçivəsində ümumilikdə 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. Oktyabrın 30-dək davam edəcək çempionatın oyunları Hövsan Yarış Kompleksində təşkil olunacaq. Final qarşılaşması isə Bakı Kristal Zalında keçiriləcək. Azərbaycan millisi turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste yığmasına qarşı keçirir. Yığmamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya komandası ilə qarşılaşacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Millimiz oktyabrın 26-da da iki oyun keçirəcək. Komandamız saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək. Hər iki qarşılaşma eyni meydançada təşkil olunacaq.
{{gallery}}
Bakıda 189 ölkənin iştirakı ilə dünya çempionatı başladı - Foto Bakıda 189 ölkənin iştirakı ilə dünya çempionatı başladı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər