İrandan xəbərdarlıq: Hücum olarsa, hədəfimiz...
ABŞ və İsrail İrana yenidən hücum edərsə, Tehran Fars körfəzindəki sualtı rabitə kabellərini hədəf alacaq.
Axar.az xəbər verir ki, bu barədə iranlı mənbələr “Röyters”ə məlumat veriblər.
Rəsmilər mümkün hücumların konkret yerləri və həyata keçirilmə üsulları barədə detalları açıqlamayıblar.
Mənbələrdən biri qeyd edib ki, İran zədələnmiş kabellərin təmirinə mane olmağa da cəhd edə bilər. Bu isə internetə çıxış da daxil olmaqla, rabitə xidmətlərindəki fasilələrin uzanmasına səbəb ola bilər.
Rəsmilərdən biri ABŞ və İsrailin İrana qarşı yeni hücumu baş verəcəyi halda artıq qırmızı xətlər olmayacağını vurğulayıb.
Məlumata görə, potensial hədəflər sualtı rabitə kabellərindən tutmuş hərbi bazalara, o cümlədən gizli bazalara qədər genişlənə bilər.