İdman

"Kəpəz" "Şəfa"nı məğlub etdi, "Neftçi"nin çətin sınağı

24 Oct 2026, 18:49 3 baxış
"Kəpəz" "Şəfa"nı məğlub etdi, "Neftçi"nin çətin sınağı

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.


Axar.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" səfərdə "Şəfa" ilə qarşılaşıb.


Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.


Xallarının sayını 14-ə çatdıran "Kəpəz" hələlik beşinci pillədə qərarlaşıb. "Şəfa" 3 xalla 11-cidir.


Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.


Qeyd edək ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər