Cəmiyyət
Sürücülərin nəzərinə: Görünüş məhdudlaşacaq
Sabah yollarda gözlənilən vəziyyət açıqlanıb.
Axr.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, oktyabrın 25-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin pisləşəcəyi gözlənilir.
Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Mənbə
axar.az