Dünya
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itkin düşən şəxsin cəsədi tapılıb. Axtarış əməliyyatları başa çatıb", - deyə qurumun məlumatında qeyd olunub. Daha əvvəl Xəzər dənizinin Sulak qəsəbəsi yaxınlığından keçən hissəsində iki kişinin olduğu qayığın çevrilməsi barədə məlumat verilmişdi. Hadisədən qısa müddət sonra onlardan birinin meyiti sudan çıxarılmışdı. İtkin düşənlərin axtarışlarına 28 nəfər şəxsi heyət və 12 ədəd texnika cəlb olunmuşdu. Baş vermiş insidentlə bağlı Cənub Nəqliyyat Prokurorluğu tərəfindən yoxlamalara başlanılıb.
Mənbə
oxu.az