İdman

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

24 Oct 2026, 13:16 3 baxış
İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra götürülüb. Oktyabrın 23-nə keçən gecə keçirilən qarşılaşmada "Flamenqo" Argentina təmsilçisi "Estudiantes"lə 0:0 hesablı heç-heçə qeydə alınıb. İlk oyun da eyni hesabla yekunlaşdığı üçün təyin olunan penaltilər seriyasında "Flamenqo" uduzub. Jorjinyo da 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Məlumata əsasən, oktyabrın 27-də futbolçunun B nümunəsi açılacaq. Qadağan olunmuş maddənin mövcudluğu təsdiqlənərsə, onu 6 aydan 2 ilədək futboldan kənarlaşdırılma cəzası gözləyə bilər. Qeyd edək ki, 34 yaşlı Jorjinyo 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub. Yarımmüdafiəçi ötən ildən "Flamenqo"da çıxış edir. O, karyerası ərzində "Çelsi", "Arsenal", "Napoli" və "Verona" klublarında da oynayıb. "Çelsi" ilə UEFA Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər